Filippinin paytaxtı Manilada minə yaxın ev yanıb

24.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Filippinin paytaxtı Manilada minə yaxın ev yanıb. SİA xəbər verir ki, bu barədə Filippin Xəbər Agentliyi (PNA) məlumat yayıb.

Bildirilib ki, yanğın evlərdən birinin ikinci mərtəbəsində başlayıb və yaxınlıqdakı digər evləri əhatə edib.

Yanğınsöndürmə idarəsinin məlumatına görə, gecəqonduların olduğu yaşayış massivində 2000-ə yaxın ailə yaşayıb.

Yanğının söndürülməsinə 36 yanğınsöndürmə maşını, iki helikopter cəlb olunub. Ölənlər və yaralılar barədə məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью