Filippinin sabiq prezidenti Rodriqo Duterte Manila aeroportunda saxlanılıb

11.03.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 mart, AZƏRTAC

Filippin polisi sabiq prezident Rodriqo Duterteni Manila hava limanında saxlayıb.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs edilib. O, narkotiklərlə mübarizə kampaniyası zamanı bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.

BCM nümayəndələri sabiq prezidentin Haaqa məhkəməsinə ekstradisiyasında israrlıdırlar.

Qeyd edək ki, 2016-2022-ci illərdə Filippində hakimiyyətdə olan Rodriqo Duterte narkotik mafiyasına qarşı əməliyyatlar zamanı 6 minə yaxın insanın məhkəməsiz qətlinə göstəriş verib. Qeyri-hökumət təşkilatları isə öldürülənlərin sayının 30 min nəfər olduğunu iddia edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью