Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Filippinin şimalında 5,6 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Xidmətə görə, zəlzələnin episentri əhalisi təxminən 25 min nəfər olan Paqudpud şəhərindən 2 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 50 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 10:56-da (Bakı vaxtı ilə 06:56) qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.