Filippinində minə yaxın ev külə DÖNDÜ

24.11.2024

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Filippinin paytaxtı Manilada güclü yanğın nəticəsində 1000-ə yaxın ev yanıb.

"Unikal" “France-Presse” agentliyinə istinadən xəbər verir ki, yanğın gecəqonduların olduğu yaşayış massivində başlayıb. Hadisə evlərdən birinin ikinci mərtəbəsində başlayaraq 1000-ə yaxın evi əhatə edib. Bu evlərdə təxminən 2000 ailə yaşayır.

Yanğının söndürülməsinə 36 yanğınsöndürmə maşını və 2 helikopter cəlb olunub. Hazırda ölənlər və yaralananlarla bağlı məlumat verilmir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью