Filippinli deputat: Həssas icmalar üçün iqlim maliyyəsində irəliləyişə ümid edirik AZƏRTAC…
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 22 noyabr, AZƏRTAC Biz oxşar düşüncəli qanunvericilərlə dialoq qurub əlaqələr yaratmaq imkanı əldə etdiyimiz üçün minnətdarıq.
İnanırıq ki, bu sahədə, xüsusilə də ikitərəfli əməkdaşlıq sahəsində daha çox irəliləyiş əldə edəcəyik.
Bunu Filippin Parlamentinin Nümayəndələr Palatasının üzvü, deputat Anna Viktoriya Tuazon AZƏRTAC-a açıqlamasında deyib.
Qlobal iqlim dəyişikliyi ilə mübarizədə maliyyə mexanizmlərinin vacibliyini vurğulayan filippinli deputat əlavə edib: “Maliyyə məsələlərində irəliləyişin əldə olunacağına ümid edirik.
Çünki itkilər və zərərlər trilyonlarla ölçülür və ehtiyacın böyüklüyünü nəzərə alaraq, bu sahəni genişləndirmək və daha çox konkret işlər görmək niyyətindəyik.
Xüsusilə Filippindəki kimi həssas icmalar üçün”.A.V.Tuazon Filippindəki əsas iqlim problemləri haqqında da danışıb: “Biz son bir ay ərzində ölkəmizdə dörd tayfunun baş verdiyini gördük.
Daha şiddətli fırtınalar tez-tez baş verir. Bu da onu göstərir ki, biz artıq adaptasiya və yumşaltma mərhələsini keçmişik.
Tam oxu
Xəbəri oxu