Filippot: ““Dərin dövlət” Baydenlə birlikdə Üçüncü Dünya müharibəsinə çalışır”

18.11.2024

Icma.az, Ayna portalına istinadən məlumat verir.

“Biz bunu gözləyirdik: onların dəlilikləri hədsizdir! Biz NATO-dan birdəfəlik xilas olacağıq”

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ABŞ Prezidenti Co Baydenin Rusiya ərazisinin dərinliklərinə uzaq mənzilli raket zərbələri endirməsinə icazə verdikdən sonra NATO-dan qurtulmağa çağırıb. AYNA xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkə hesabında yazıb.

“Biz bunu gözləyirdik: onların dəlilikləri hədsizdir! Bizə iqtidarı ələ keçirmək üçün ağlabatan insanlar lazımdır və biz NATO-dan birdəfəlik xilas olacağıq”, - deyə siyasətçi bildirib.

Filippot əlavə edib ki, zərbə qərarı verməklə “dərin dövlət” Baydenlə birlikdə “ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl Üçüncü Dünya müharibəsinin başlamasına çalışır”.

Qeyd edək ki, noyabrın 17-də Bayden Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə verib.

Bundan əvvəl Trampın komandası Ukraynadakı münaqişəni dayandıra biləcəyini bəyan etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью