Filiz Akın təcili yardım təyyarəsi ilə İstanbula aparılıb

14.01.2025

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ustad sənətçi Filiz Akın Cumhurbaşkanlığının göstərişi ilə təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.


Sherg.az Habertürk-ə istinadən xəbər verir ki, Filiz Akının sağlamlıq durumu uzun müddətdir ki, maraq doğururdu. Sənətçi dünən axşam saatlarında Cumhurbaşkanlığının göstərişi ilə təcili yardım təyyarəsi ilə İstanbula aparılıb.


Yaxın ailə üzvlərindən alınan məlumata görə, sentyabrın 1-dən sətəlcəm və bəzi infeksiyalardan Bodrumda müalicə alan Filiz Akın təcili ehtiyac səbəbindən Səhiyyə Nazirliyinə məxsus təcili yardım təyyarəsi ilə İstanbula gətirilib.

Akının müalicəsi İstanbulda davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью