Fillipində vulkan püskürdü: minlərlə insan təxliyə edilir

10.12.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Filippində Kanlaon vulkanının püskürməsi bir çox fəsadlara səbəb olub.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, hadisədən sonra ərazidə yaşayan 87 min insanın təxliyə prosesi başlayıb.

Filippin Mülki Müdafiə İdarəsindən verilən açıqlamada vulkanın püskürməsindən sonra can itkisinin olmadığı bildirilib.

Filippin prezidenti Ferdinand Markos jurnalistlərə açıqlamasında 6 kilometrlik təhlükə zonasından kənarda təxliyə edilən ailələrə dəstək verməyə hazır olduqlarını qeyd edib.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью