Film kimidir, amma gerçəkdir Kilian Mbappe

22.09.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Fransa millisinin kapitanı Kilian Mbappe yeni baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında oynayacağı üçün fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, informasiyanı AS yayıb.

27 yaşlı hücumçu Zidanla ilk tanışlığını xatırladaraq onun hələ yeniyetmə olduğu vaxtlarda “kral klubu"nun məşq bazasına getməsinə kömək etdiyini bildirib:

“İllər əvvəl məni ilk götürüb “Real Madrid”in məşq bazasına aparan şəxs o idi. Həmin vaxt 13-14 yaşım var idi. Bu, çox uzun müddət əvvəl baş vermişdi. İndi isə o, mənim milli komandamdakı baş məşqçimdir. Bu, film kimidir, amma gerçəkdir”.

Fransalı futbolçu milli komandada yeni dövrün başladığını da qeyd edib:

“Fransa ilə yeni prosesə başlayırıq. Avropa çempionatına hazırlaşmaq üçün iki ilimiz var və hazırda bütün diqqətimiz buna yönəlib. Yeni məşqçi ilə yeni dövrdür. Hamımız üçün fərqli olacaq, amma hər şeyin çox yaxşı gedəcəyini düşünürəm".

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью