Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin tanınmış simaları Mehmet Günsür və Devrim Özkan orqanlarını bağışlayıblar.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, sabah, yəni noyabrın 20-si nümayiş olunacaq “Aşk tesadüfleri sever 3” filminin qala gecəsində baş qəhrəmanlar orqan bağışlanması kampaniyasına qoşulduqlarını elan ediblər.
Xatırladaq ki, filmin mövzusu da məhz orqan nəqli və bunun insan həyatındakı önəminə həsr olunub.
Qeyd edək ki, ekran əsərində M.Günsür Özgür, D.Özkan isə Mavi obrazını canlandırır.