Filmlərin çəkildiyi məşhur məktəb niyə baxımsız qalıb?

04.01.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daşkəsən rayonu, Bayan kənd tam orta məktəbi 95 ildir ki, təmir olunmur.

Təhsil ocağı 1929-cu ildə tikilib, 1930-cu ildən isə istifadəyə verilib. O vaxtdan bu yana məktəb təmir olunmayıb, sadəcə xırda bərpa işləri aparılıb.

Bir çox filmlərin, serialların çəkildiyi təhsil ocağı öz tarixini qoruyub saxlayıb. Daşkəsən Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bayan kənd tam orta məktəbi artıq təmir olunacaq məktəblər siyahısına daxil edilib.

Yaxın gələcəkdə məktəbin yeni binasının tikintisinə başlanılacaq.

Daha ətraflı Baku TV-nin materialında:

Filmlərin çəkildiyi məşhur məktəb niyə baxımsız qalıb?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью