Filosofun 50 illik hesabat dərsi

15.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş 22 yaşlı gənc Masallı rayonunun Güllütəpə kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdı. 4 il çalışdığı məktəbdə hansı izi qoymuşdu ki, uzun illərdən sonra şagirdləri yenidən onunla görüşmək istəmişdilər?!

Bu sualın cavabı gənc müəllimlə – Rahid Ulusel ilə yeni dərs ili ərəfəsində keçirilən görüşdə aydın oldu. Vaxtilə şagirdlərinin qəlbində qığılcım yandırmış müəllim indi artıq ölkəmizin seçkin filosofu, alimidir.

Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, Azərbaycanda və xaricdə 32 kitabı, 300-dən çox məqaləsi çap olunan Rahid Ulusel üçün bu görüş həm də hesabat xarakterli idi. O, gördüyü işlərdən, elmi fəaliyyətinin nəticələrindən, dünya səviyyəli konqreslərdə çıxışlarından, Güllütəpədən başlayıb Seul, Stokholm, Afina, Harvard universitetlərində davam edən məruzələrinədək söz açdı.

Müəllim və şagirdlər – artıq bu gün kəndin, rayonun, ölkənin müxtəlif sahələrində çalışan mütəxəssislər məktəb illəri ilə bağlı unudulmaz xatirələrini bölüşdülər. Kəndin Şəhidlər xiyabanını ziyarət etdilər. Filosof Rahid Ulusel ilə 50 ildən sonra keçirilmiş bu görüş qoyulan izin, çəkilən zəhmətin itməməsinə bir örnək, ən başlıcası isə, müəllimlik fəaliyyətinə verilən bir dəyərdir.

T.RÜSTƏMLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью