FİNAL: “Azərreyl” “Murov”la üz üzə

25.04.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, final mərhələsinin ikinci oyunu çempion və gümüş mükafatçının adına aydınlıq gətirəcək.

“Murov Az Terminal” “Azərreyl”lə qarşılaşacaq. Matç Milli Gimnastika Arenasında təşkil olunacaq. İlk görüşdə quru hesabla qalib gələn “Azərreyl” üstünlüyünü qorumağa çalışacaq.

Yüksək Liqa (kişilər)
Final, ikinci oyun
25 aprel
15:00. “Murov Az Terminal” - “Azərreyl”

Milli Gimnastika Arenası
İlk oyun – 0:3

Qeyd edək ki, matçdan sonra mükafatlandırma mərasimi keçiriləcək. Finalçılarla yanaşı, bürünc mükafatın sahibi “Xilasedici”də medallarını alacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью