FİNAL: “Azərreyl” “Murov”la üz üzə ÇEMPİONLUĞA DOĞRU

22.04.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada final mərhələsinə start veriləcək.

İdman.biz xəbər verir ki, “Azərreyl” və “Murov Az Terminal” çempionluq uğrunda ilk oyuna çıxacaq.

Görüş GİN-in Voleybol Mərkəzində keçiriləcək. Son çempion “Azərreyl” titulunu qorumaq üçün mübarizə aparacaq. “Murov Az Terminal” isə ötən mövsüm itirdiyi titulu qaytarmaq və son 4 ildə 3-cü qızıl medalı qazanmaq əzmindədir.

Yüksək Liqa (kişilər)
Final, 1-ci oyun
22 aprel
15:00. “Azərreyl” - “Murov Az Terminal”

GİN-in Voleybol Mərkəzi

Qeyd edək ki, komandalar arasında ikinci oyun aprelin 25-də keçiriləcək.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью