Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya çempionatının final matçını stadiondan izləyənlər arasında ABŞ-nin Prezidenti Donald Tramp da olacaq.
"Football-plus.az" xəbər verir ki, İspaniya və Argentina yığmaları arasında oynanılacaq həlledici matç iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərindəki “MetLayf” stadionunda keçiriləcək.
BBC-nin yaydığı məlumata görə, Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Tramp Nyu Yorka yollanacaq. O, əvvəlcə FİFA-nın “Trump Tower”də təşkil olunacaq qəbulunda iştirak edəcək, bazar günü isə dünya çempionatının finalına tamaşa edəcək.
Qeyd edək ki, bir müddət əvvəl dünya kubokunu turnirin qalibinə Trampın təqdim edəcəyi də açıqlanmışdı.