Final matçına niyə qatılmadı?

20.07.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA prezidenti Aleksander Çeferin dünya çempionatının finalına qatılmayıb.

“Qafqazinfo” “The Times”a istinadən xəbər verir ki, onun final görüşündə iştirak etməməsi FIFA ilə münasibətlərdə yaranmış gərginlik fonunda etiraz jesti kimi qiymətləndirilir.

Nəşr yazır ki, narazılığın əsas səbəblərindən biri ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzası ilə bağlı FIFA-nın qəbul etdiyi qərardır. Bununla yanaşı, UEFA-nın Dünya Çempionatının daha da genişləndirilməsi planları, final oyununda təşkil olunan uzun fasilə şousu, bilet qiymətlərinin yüksək olması və FIFA ilə qərarların qəbul edilməsi prosesində fikir ayrılıqları ilə bağlı da narahatlığı olduğu bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью