Icma.az bildirir, Idman.biz portalına istinadən.
Bu gün basketbol üzrə Azərbaycan kubokunda final matçı keçiriləcək.
İdman.biz xəbər verir ki, həlledici oyunda NTD və "Gəncə" komandaları qarşılaşacaqlar.
Ölkə çempionatında 19 turdan sonra NTD A qrupunda 25 xalla sonuncu - 6-cı, "Gəncə" isə B qrupunda 33 xalla 2-ci yerdədir.
Saat 19:00-da start götürəcək matç Bakı İdman Sarayında keçiriləcək.
Qeyd edək ki, ötən mövsüm "Xəzri"yə qalib gələn "Neftçi" (65:61) Azərbaycan kubokunu qazanıb.
Azərbaycan kuboku
Final
30 mart
19:00. NTD - Gəncə
Bakı İdman Sarayı
İdman.biz