Final: “Real” “Paçuka” ilə üzüzə İdman və Biz

18.12.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün qitələrarası kubokun final oyunu keçiriləcək.

İdman.biz xəbər verir ki, Qətərdə keçirilən turnirin həlledici matçında “Real”la “Paçuka” üz-üzə gələcək.

Final görüşü Lusail stadionunda baş tutacaq. Bu, “Real”ın turnirdə ilk qarşılaşması olacaq. İspaniya klubu yarışa birbaşa finaldan başlayacaq. “Paçuka” Amerika derbisində “Botofoqo”nu 3:0, Çelenc mərhələsində isə Misir “Əl-Əhl”"sini penaltilərlə (0:0, p.6:5) məğlub edib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qitələrarası kubok
Final
18 dekabr
21:00. “Real” (İspaniya) – “Paçuka” (Meksika)
Baş hakim:
Xesus Valenzuela (Venesuela)
Lusail stadionu

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью