Final seriyasında hesab bərabərləşib NBA

20.06.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Milli Basketbol Assosiasiyasında (NBA) final seriyasının altıncı oyunu keçirilib. SİA xəbər verir ki, “İndiana Peysers” “Oklahoma-Siti Tander”i 108:91 hesabı ilə məğlub edib.

Qalib komandanın ən məhsuldar oyunçusu 20 xalla Obi Toppin olub. Endryu Nembhard 17 xal, Paskal Siakam 16 xal və 13 ribaundla dubl-dubla imza atıb. Oklahoma təmsilçisinin bombardiri isə Şay Gilqeus Aleksandr olub. Kanadalı basketbolçu 21 xal toplayıb.

Bununla da seriyada hesab bərabərləşib – 3:3.

Qeyd edək ki, klublar arasında həlledici – yeddinci matç iyunun 23-də gerçəkləşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью