Finala 10 gün qalmış: 3 min bilet satılıb!

21.05.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Ölkə kubokunun final oyunu üçün biletlərni satışa çıxarıldığını xəbər vermişdik.

Mayın 31-də "Qarabağ"la "Sabah"ın üz-üzə gələcəyi həlledici qarşılaşmanın biletlərini “iTicket.az” saytı vasitəsi ilə və satış məntəqələrindən əldə etmək mümkündü.
Qeyd edək ki, oyundan bir saat əvvəl "Darvish Band" qrupu stadionda konsert verəcək.
Bilet satışı ilə bağlı durumu öyrənmək üçün Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. O, saytımıza açıqlamasında artıq 3 minə yaxın bilet satıldığını söylədi.
Bilet qiymətləri 3, 5, 10, 15, 20, 30 və 50 manat ("VIP Lounge") təşkil edir.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью