Finala çıxmağa layiq idik Luis Enrike

07.05.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda 5:4 hesabı ilə məğlub etdiyi "Bayern Münhen"lə bu gecə səfərdə bərabərliyə razılaşaraq (1:1) finala yüksələn PSJ-nin baş məşqçisi Luis Enrike Münhendəki matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis "Canal+"ə danışıb: 

"Burada evdəki kimiyik (gülür). Çox xoşbəxtik. Həyat futbolçular və məşqçilər üçün asan deyil. Ona görə də öncə uğuru bayram etmək, bu axşamdan zövq almaq, sonra final barədə düşünmək lazımdır. Məncə, finala çıxmağa layiq idik. yüksək ustalıq səviyyəsi nümayiş etdirdik. Nə vaxt müdafiə olunmalı, nə vaxt hücum qurmalı olduğumuzu bilirdik. Yaxşı motivasiyamızı da vurğulamağa dəyər". 

PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələcək. Paris klubu ötən il bu turnirin qalibi olub. Enrikenin komandası Milan "İnter"ini 5:0 hesabı ilə yenib.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью