Finala doğru diqqətçəkən STATİSTİKA

31.05.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Kubokunun finalı keçiriləcək. Həlledici görüşdə “Qarabağ” və “Sabah” komandaları üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşə saat 19:00-da start veriləcək.

“Qarabağ” Premyer Liqada 2024/25 mövsümünün qalibi olub və yeni mövsümdə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. “Sabah” isə 5-ci pillədə qərarlaşıb və avrokubok zonasından kənarda qalıb. Buna baxmayaraq, “bayquşlar” bu gün qalib gələcəyi halda, Avropa Liqasında iştirak hüququ qazanacaq.

Komandalar bu mövsüm Premyer Liqada 4 dəfə üz-üzə gəlib. Bir görüşdə “Qarabağ” qələbə qazanıb, digərləri isə heç-heçə başa çatıb. Komandaların son üç duelində eyni hesab – 1:1-lər qeydə alınıb. “Sabah”la bağlı digər diqqətçəkən məqam odur ki, baş məşqçi Vasili Berezutskinin təyinatından sonra “futuristlər” “Qarabağ”a uduzmayıb.

“Qarabağ” ilə “Sabah” arasında baş tutan son 10 görüşün 9-da hər iki komanda fərqlənib. Yalnız bir matçda “Qarabağ” 2:0 hesablı qələbəyə sevinib. “Sabah” son 10 dueldə 2 qələbəsi var. “Qarabağ”da bu rəqəm 4-dür.

Ötən mövsüm Azərbaycan Kubokunun 1/4 final mərhələsində üz-üzə gələn kollektivlərin iki görüşündə 15 qol vurulub. “Qarabağ” səfərdə 7:1 hesablı qələbə qazanıb, cavab görüşündə isə 3:4 hesabıyla uduzub.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью