Finala neçə bilet satıldı?

29.05.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Qarabağ” ilə “Sabah” arasında keçiriləcək Azərbaycan Kubokunun final oyununa satılan bilet sayı açıqlanıb.

Futbolpress.az xəbər verir ki, 31 mayda Sumqayıtda baş tutacaq görüşə 5000-dən çox bilet satılıb. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək finala saat 19:00-da start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью