Finala sayılı günlər qalmış Rusiya kuboku sındı

22.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat verir.

Rusiya Kubokunda superfinalının qalibinin mükafatlandırılması ilə bağlı problem yaranıb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Baza" yayıb.

Mənbənin məlumatına görə, kristal kubok Rusiya Futbol İttifaqına təhvil verilməmişdən bir neçə gün əvvəl zavodda sınıb. 

Bir neçə hissəyə bölünən qənimət indi yenidən düzəldilməlidir. Təsadüfi deyil ki, turnirin sosial şəbəkə hesablarında kubokla bağlı yeni foto yoxdur.

Superfinal iyunun 1-də Moskvada, “Lujniki” stadionunda keçiriləcək. Kubok uğrunda həlledici matçda ÇSKA və "Rostov" komandaları üz-üzə gələcəklər. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью