“Finala yaxınlaşdıqca, bir o qədər yaxşı oynayıram” Yamal

10.07.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniya millisinin və Kataloniyanın "Barselona" klubunun vingeri Lamin Yamal yaxın vaxtlarda dünya çempionatında öz maksimum gücünü nümayiş etdirəcəyinə ümid edir.
Bizim.Media xəbər verir ki, Yamalın sözlərini "The Touchline" nəşri sitat gətirib.
"Finala yaxınlaşdıqca, mən bir o qədər yaxşı oynayıram. Dünya çempionatından əvvəl mən 2 ay oynamamışdım. Bu, tamamilə fərqli hisslərdir. Mənə davamlı olaraq oynamaq, topu hiss etmək lazımdır. Bu dünya çempionatındakı ən böyük oyunum hələ qarşıdadır", - deyə Yamal bildirib. 
DÇ-2026-nın 1/4 finalı çərçivəsində İspaniya yığması iyulun 10-da Belçika komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью