Finala yüksələn azərbaycanlı boksçu: Məqsədim qələbə qazanmaqdır

02.10.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yevlax, 2 oktyabr, AZƏRTAC

Yarışın ölkəmizdə keçirilməsi mənim üçün həm böyük həyəcan, həm də əlavə məsuliyyət idi. Yarımfinalda Tacikistan təmsilçisinə qalib gəldim, finalda isə Qazaxıstan idmançısı ilə qarşılaşacağam.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 60 kiloqram çəki dərəcəsində finala yüksələn boksçumuz Aynur İsmayılova söyləyib.

Boksçu qeyd edib ki, onun əsas hədəfi final görüşündə qələbə qazanmaqdır. Aynur İsmayılova bu uğura görə məşqçilər heyətinə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, ilk dəfə Azərbaycanda keçirilən III MDB Oyunlarına 13 ölkədən 1624 idmançı qatılıb. Yarışlar oktyabrın 8-də yekunlaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью