“Finala yüksəlmək möhtəşəm duyğudur”

21.06.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlmələrini şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Monteneqro ilə oyundan (2:1) sonra bunları deyib:

“Qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Möhtəşəm qələbə qazandıq. Finala yüksəlmək möhtəşəm duyğudur. Əməyi olanlara ürəkdən təşəkkürümü bildirirəm. Arenaya toplaşan azarkeşlər bizə bu işdə çox kömək etdilər. Bazar gününə qədər finala yüksəlməyin sevincini yaşayacağıq”.

Azərbaycan yığması finalda Macarıstanla qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью