Finalda 2 ci qol Yenilənir

31.05.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan kubokunda 2024/25 mövsümünün final oyunu keçirilir.

QOL.az xəbər verir ki, həlledici matçda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gəlirlər. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq görüşü İnqilab Məmmədov idarə edir. Qarşılaşma saat 19:00-da başlayıb.

Qeyd edək ki, "Qarabağ" tarixində 8 dəfə Azərbaycan kubokunu qazanıb. "Sabah" isə indiyədək bu titula sahib çıxa bilməyib.

Azərbaycan kuboku

FİNAL

19:00. "Qarabağ" - "Sabah" - 1:1 (Birinci hissə)

Qol: Pavol Şafranko, 36 - pen; Kadi Borqes, 45+1 

Reallaşdırılmayan penalti: Toral Bayramov (“Qarabağ”), 42 - qapıçı

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

VAR: Nicat İsmayıllı

AVAR: Fərid Hacıyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью