Finalda Azərbaycan idmançısını məğlub edən özbəkistanlı boksçuda dopinq aşkarlandı

30.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Özbəkistan boksçusu Lazizbek Mullajonovun dopinq-testi müsbət çıxıb.

Oxu.Az Beynəlxalq Test Agentliyinə (ITA) istinadən xəbər verir ki, iyunun 11-də "World Boxing" təşkilatı üçün götürülmüş yoxlama nəticəsində metasteron metaboliti aşkarlanıb.

Bu analobik steroid Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələri siyahısına daxildir. Boksçu B probunu da xahiş etmək hüququna malikdir. Bu yoxlama da müsbət nəticə versə, idmançı diskvalifikasiya olunacaq.

Qeyd edək ki, Lazizbek Mullajonov Paris-2024-də 92 kq çəki dərəcəsində çıxış edib. O, finalda Azərbaycan təmsilçisi Alfonso Domingesi məğlub edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью