Finalın 1 nömrə si

20.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Finalın "1 nömrə"si

İspaniya millisinin hücumçusu Ferran Torres 2026-cı il dünya çempionatının final matçının ən yaxşı oyunçusu seçilib.

QOL.az xəbər verir ki, bunu FİFA açıqlayıb.

İspaniya yığması həlledici görüşdə Argentinanı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmanın yeganə qolunu əlavə vaxtda məhz Ferran Torres vurub. Bu, onun turnirdə ilk qolu olub.

Qeyd edək ki, İspaniya tarixində ikinci dəfə dünya çempionu adına sahib çıxıb. Komanda ilk çempionluğunu 2010-cu ildə Cənubi Afrikada keçirilən mundialda qazanmışdı. Həmin vaxt ispanlar finalda Niderlandı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub etmişdilər.

Argentina millisi isə dünya çempionu titulunu təhvil verərək gümüş medallarla kifayətlənib. Üçüncü yer uğrunda keçirilən görüşdə İngiltərə Fransaya 6:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью