Finalın taleyini Messi həll edə bilər Hikmət Babaoğlu

16.07.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Dünya çempionatı başlayanda mən dünya kubokunun sahibinin Argentina olacağını demişdim. Bu gün isə Argentina artıq finaldadır. Lakin Argentina finalda İspaniya ilə qarşılaşacağı üçün artıq Argentinanın mütləq çempion olacağını iddia etmirəm. Xüsusilə də İspaniyanın İngiltərəyə qarşı son oyununu izlədikdən sonra".

Bu fikirləri Redaktor.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu futbol üzrə 2026-cı il dünya çempionatında Argentinanın İnigiltərəyə qalib gələrək finala vəsiqə qazanmasından danışarkən səsləndirdi.

O qeyd ki, həm ispanlar, həm də argentinalılar yüksək səviyyəli futbol ənənələrinə malik, yaradıcı oyun üslubu nümayiş etdirən komandalardır və bu, məsələni mürəkkəbləşdirir:

"Hər iki komandada güclü milli ruh var ki, bu da çox vacib amildir. Bununla belə, mənə elə gəlir ki, bu qarşılaşmada həlledici amil Lionel Messi ola bilər. Düşünürəm ki, oyunun taleyini müəyyənləşdirəcək əsas fiqur məhz Messi ola bilər. Buna görə də əvvəlki proqnozumun üzərində qalıram və hesab edirəm ki, Argentinanın çempion olmaq şansı daha yüksəkdir".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью