Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
21 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin 1 milyon dollarlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Marja.az xəbər verir ki, qeyd olunan AZ2013019206 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.01.2026-cı il tarixində yekunlaşmışdır. İstiqrazlara 51 investor 51 sifariş təqdim edib. İstiqrazlar tam məbləğdə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "FINCA Azerbaijan" MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2013019206
İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Birqiymətli hərrac
İstiqrazların sayı: 10 000 ədəd
İlkin ticarət qiyməti: 100 ABŞ dolları
Buraxılış həcmi: 1 000 000 ABŞ dolları
İllik gəlirlilik faizi: 9%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 24 ay
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 1 000 000 ABŞ dolları
Reallaşdırılmış həcm: 1 000 000 ABŞ dolları
Hərrac qiyməti: 100 ABŞ dolları
İnvestor sayı: 51
Sifariş sayı: 51
Anderrayter: “Unicapital İnvestisiya Şirkəti” ASC