FİNCA Azərbaycan ın işçilərinin sayı azalır

02.09.2025

Icma.az, Marja.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

MM "FINCA Azerbaijan" QBKT-nin 2025-ci ilin 2-ci rübündə (aprel-iyun) işçilərinin sayını 9 nəfər də azalıb.

Marja.az xəbər verir ki, 30 İyun 2025-ci il tarixində "FINCA Azerbaijan"ın 332 nəfər işçisi olub. Bu say 31 Mart 2025-ci il tarixində 341 nəfər idi. 

2024-cü ilin sonunda isə "FINCA Azerbaijan"ın işçilərinin sayı 347 nəfər təşkil etmişdi. İlk 6 ayda kredit təşkilatının işçilərinin sayı 15 nəfər azalıb. 

"FINCA Azerbaijan"ın işçilərinin sayı 2024-cü ilin 4-cü rübündən bəri azalmaqdadır. Ötən ilin son rübündə təşkilatın işçilərinin sayı 3 nəfər azalmışdır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью