Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkəmizdə aqrar sığortanın əhatə etdiyi 41 bitki növündən biri də fındıq bağlarıdır.
Bu da müxtəlif ərazilərdə fındıq əkən fermerlərə aqrar sığorta vasitəsilə bağlarını sığorta etdirməyə imkan yaradır.
Qeyd edək ki, aqrar sığorta mexanizmi fındıq bağlarını dolu, fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşi heyvanların hücumu, eləcə də üçüncü şəxslərin hərəkətləri və s.
kimi risklərdən qoruyur. Aqrar Sığorta Fondunun məlumatına əsasən, digər bitkiçilik növləri kimi fındıq məhsulunun da sığorta haqqı regionla
Məsələn, fındığın kütləvi şəkildə əkildiyi Xaçmaz rayonunda 1000 manatlıq məhsulu sığortalamaq üçün fermer cəmi 7,25 manat ödəməlidir.
Zaqatala, Balakən və Qax rayonlarında isə 1000 manatlıq fındığın sığortası fermerə cəmi 20 manata başa gəlir.
Artıq 2024-cü ildən etibarən fındıq sahələri üzrə sığorta ödənişlərinə də başlanılıb.