Icma.az, Marja.az portalına istinadən məlumat verir.
Martın 6-da, saat 11:00-da "Finex Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, bina 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un nizamnaməsində dəyişiklik edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,472 milyon manatdır. BOKT-un səhmlərinin 19,4 %-i Xaqan Mirzəyevə, 16,2 %-i Səadət Mirzəyevaya, 16,1 %-i Azad Cəbraylova, 14,1 %-i Səməd Mirzəyevə, 14 %-i Raminə Allahverdiyevaya, 6,1 %-i Şəlalə Tağıyevaya, 5,6 %-i Leyla Salamovaya, 4,6 %-i Tokay Şıxəlizadəyə, 3,2 %-i Muradxan Mirzəyevə, 0,7 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.