Finlandiya bu göstəricidə Avropada ilk sırada yer aldı

31.10.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Finlandiyada işsizlik səviyyəsi Avropa Birliyi (AB) ölkələri arasında yenidən ən yüksək göstəriciyə çatıb. 2026-cı ilin sentyabr ayında bu göstərici 10,5 faiz təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Statistika İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, Finlandiyada işsizlik səviyyəsi yay aylarında üç ay ərzində 10,4 faiz olub. 2025-ci ilin sentyabrında isə bu göstərici 10 faiz təşkil edib.

İşsizlik səviyyəsinə görə İspaniya 10,3 faizlə ikinci, İsveç isə 8,7 faizlə üçüncü yerdə qərarlaşıb. Avropa Birliyi üzrə orta göstərici 6,2 faiz olub. Ən aşağı işsizlik səviyyəsi isə Çexiyada qeydə alınıb - 2,8 faiz.

Bildirilib ki, Avropa Birliyinin sanksiya siyasəti nəticəsində Rusiya ilə ticarət əlaqələrinin kəsilməsi Finlandiyanın logistika, ağac emalı sənayesi, otelçilik və turizm sektorlarına da mənfi təsir göstərib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью