Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Elina Valtonen: “Finlandiya Fransanın “nüvə çətirini” bütün Avropaya genişləndirməsində maraqlıdır”
“Finlandiya Fransanın “nüvə çətirini” bütün Avropaya genişləndirmək ideyasını dəstəkləyir və bu məsələni müzakirə etməkdə maraqlıdır”. AYNA.AZ bildirir ki, bu sözləri Finlandiyanın xarici işlər naziri Elina Valtonen “Kyodo News” agentliyinə deyib.
Nazir qeyd edib ki, Fransanın nüvə arsenalı uzunmüddətli çəkindirmə üçün istifadə edilə bilər.
"Təəssüf ki, dünyada hələ də nüvə silahları mövcuddur və onlar mövcud olduğu müddətcə NATO müdafiə ittifaqı olaraq nüvə çəkindirməsindən istifadə edir", Valtonen bildirib.
O, son qanunvericilik dəyişikliklərinə baxmayaraq, Helsinkinin nüvə silahı yerləşdirmək niyyətində olmadığını vurğulayıb. Xarici işlər naziri qeyd edib ki, “Finlandiya nüvə gücü deyil”.
Daha əvvəl Polşa və Fransa nümayəndələrinin Avropa "nüvə çətiri"nin yaradılması ilə bağlı danışıqlara başladığı məlum olub.