Finlandiya körfəzinin şərqində uçuşlar məhdudlaşdırıldı

21.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Finlandiya hava nəqliyyatı dispetçerləri öz məsuliyyət zonalarında, Finlandiya körfəzinin şərq hissəsi üzərində uçuşlara müvəqqəti məhdudiyyət tətbiq ediblər.

“Cebheinfo.az” xəbər verir ki, bununla bağı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Finlandiya dispetçerlərinin idarə etdiyi ərazidə 20 kilometrdən aşağı hündürlükdə uçuşlar müvəqqəti məhdudlaşdırılıb.

Qeyd olunub ki, məhdudiyyətlərin Moskva vaxtı ilə saat 09:00-dək qüvvədə olması nəzərdə tutulub. Onların tətbiqinin səbəbi açıqlanmayıb.

Bildirək ki, bundan əvvəl Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko hava hücumundan müdafiə qüvvələrinin bölgə üzərində Ukraynaya məxsus 49 pilotsuz uçuş aparatını vurduğunu bildirmişdi.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) isə Sankt-Peterburqdakı Pulkovo hava limanının müvəqqəti hava məkanı məhdudiyyətlərinə uyğun olaraq, müvafiq qurumlarla koordinasiya şəraitində uçuşları qəbul edib yola saldığını açıqlamışdı.

Məlumata görə, Leninqrad vilayətinin bir neçə rayonunda tətbiq edilən məhdudiyyətlər Kalininqrada həyata keçirilən uçuş marşrutlarına da təsir göstərib.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью