Finlandiya NATO nun kəşfiyyat dronları üçün müvəqqəti baza olacaq

23.05.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Finlandiyanın Pirkkala şəhəri NATO-nun pilotsuz kəşfiyyat uçuş aparatları (PUA) üçün müvəqqəti baza olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Finlandiyanın dövlət teleradio şirkəti “Yle” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Pirkkalada dronların sınaqdan keçirilməsinə iyun ayında başlanacaq. Hazırda burada müvəqqəti baza üçün lazım olan sistemlərin tikintisi aparılır.

Qeyd edilib ki, Finlandiyada PUA-ların yerləşdirilməsi, xüsusilə, Norveçin dəniz ərazilərinin monitorinqini həyata keçirməyə imkan verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью