Finlandiya NATOnun Ukrayna üzrə missiyasına qoşulacaq AzPolitika onlayn siyasiictimai qəzet

06.12.2024

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Finlandiya NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) missiyasında iştirak edəcək və 6 hərbçi göndərəcək.

“Report”un xəbərinə görə, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunur ki, müvafiq qərarı dünən ölkə Prezidenti Aleksander Stubb təsdiqləyib.

Xatırladaq ki, NATO-nun Ukrayna üçün Təhlükəsizliyə Yardım və Təlim (NSATU) proqramının yaradılmasına iyul ayında Alyansın Vaşinqtonda keçirilən sammitində qərar verilib. NSATU Ukrayna üçün planlaşdırma və maddi-texniki dəstəyi koordinasiya və təmin edir, eləcə də müttəfiq ölkələrdə Ukrayna üçün təlimlərə nəzarəti həyata keçirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью