Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Dövlət Dumasının deputatı və istefada olan general-leytenant Andrey Qurulyov Finlandiyada yerləşdiriləcək nüvə silahlarının Rusiya üçün prioritet hədəfə çevriləcəyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Qurulyov NATO ilə münaqişə vəziyyətində bu silahların ən mühüm hədəf kimi müəyyən ediləcəyini və məhv ediləcəyini vurğulayıb.
Finlandiyanın Rusiya sərhədləri yaxınlığında NATO-nun birinci eşelonunu təşkil etdiyini xatırladan deputat: "Fin rəsmiləri riskə gedirlərsə, bu addımın nəticələrini başa düşməlidirlər", - deyib.
Bu açıqlama "Military Watch Magazine" jurnalının Finlandiyanın Rusiya sərhədindəki beşinci nəsil “F-35” qırıcılarında ABŞ-nin nüvə silahlarından birgə istifadə müqaviləsinə yaxınlaşdığını xəbər verməsindən sonra gəlib.
Jurnalın qiymətləndirməsinə görə, tək bir “B61” -13 nüvə bombası “F-35”-in bir hücumla Moskvada 310 mindən, Sankt-Peterburqda isə 360 mindən çox insanı öldürməsinə imkan verir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin