Finlandiya ordusu Rusiya sərhədinə yaxın təlimlərlə başlayıb AzPolitika onlayn siyasiictimai qəzet

30.11.2024

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Rusiya sərhədinə yaxın Finlandiyada 2,8 min hərbçinin iştirakı ilə təlimlər başlayıb.

“Report” xəbər verir ki, təlimlər noyabrın 30-dan dekabrın 4-dək Kayanilə Kuhmo şəhərlərinin Vuosanka və Sotinpuro poliqonlarında keçiriləcək.

Təlimlərə 2,8 min hərbçi, 600 nəqliyyat və döyüş hərbi texnikası, “NH90” və “MD 500” helikopterləri cəlb edilib.

Hərbçilər hücuma və müdafiəyə hazırlaşmaq, qış mövsümündə qaranlıq zamanı irəliləyən düşmənin hücumunun qarşısını almaq üçün məşqlər edəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью