Статья не опубликована
Finlandiya piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxa bilər | Icma.az

Finlandiya piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxa bilər

01.04.2025

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, onun NATO üzvü olan ölkəsi yaxın illərdə piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq və müdafiə xərclərini artırmaq niyyətindədir.

Bu barədə "Reuters" agentliyi bildirib.

“Ottava Konvensiyasından çıxmaq bizə təhlükəsizlik mühitində dəyişikliklərə daha əhatəli şəkildə hazırlaşmaq imkanı verəcək”, - Orpo bildirib.

Agentliyin məlumatına görə, Polşa və Baltikyanı ölkələr “Rusiyadan gələn hərbi təhlükəyə görə” oxşar addımlar atıblar.

Mövsüm

Aznews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью