Finlandiya Prezidenti: ABŞ ın NATO dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm

31.03.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm.

Bakıvaxtı.az Reuters-ə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb London İqtisadiyyat Məktəbində keçirilən tədbirdə deyib.

“ABŞ administrasiyasının heç bir ciddi nümayəndəsindən NATO-dan çıxmaq barədə heç bir şey eşitməmişəm”, – Stubb qeyd edib.

Finlandiya Prezidenti ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinə təzyiq göstərərək müdafiə xərclərini artırmalarını və təhlükəsizliklərinə dair daha çox məsuliyyət daşımalarını istəməsinin doğru olduğunu bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью