Finlandiya Prezidenti Avropanın Rusiya ilə birbaşa danışıqlara başlayacağını bildirib

18.11.2025

Icma.az bildirir, Operativ MM portalına istinadən.

Finlandiya Prezidenti Alekdamdr Stubb bildirib ki, gec-tez Avropa Rusiya ilə birbaşa danışıqlara başlamalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə "Politico"ya açıqlamasında bildirib.

"Birbaşa danışıqlar üçün vaxt gəldikdə, bu, gec və ya tez baş verəcək, bunu əlaqələndirmək lazımdır",- deyə o qeyd edib.

Eyni zamanda, Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius ciddi şəkildə bildirib ki, Rusiya ordusu “yaxın iki-dörd il ərzində” NATO ölkələrinə hücum edə bilər.

O, həmçinin Ukrayna münaqişəsi bitdikdən sonra Ukrayna Silahlı Qüvvələrinin Rusiyadan müdafiəsi üçün Avropada yerləşdirilməsini təklif edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью