Finlandiya Prezidenti İlham Əliyevə BAŞSAĞLIĞI VERDİ

30.12.2024

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Finlandiya Prezidenti Aleksandr Stubb Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

Sfera.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, məktubda deyilir:

"Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması barədə dəhşətli xəbərdən dərindən kədərləndim. Finlandiya xalqı adından və şəxsən öz adımdan sizə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью