Finlandiya prezidenti Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına razılıq verib

22.10.2025

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Finlandiya prezidenti Alexander Stubb Ukraynadakı münaqişənin həll olunacağı təqdirdə Avropanın Rusiyaya qarşı sanksiyaları ləğv etməsi imkanını nəzərdən keçirdiyini bildirib.
Newscenter.az TASS-a istinadən bildirir ki, "The Times" qəzetinə müsahibəsində Stubb belə deyib
"Biz Rusiyaya təzyiq göstərməyə davam etməliyik. Ancaq atəşkəslə başlasaq və sonra sanksiyaların mərhələlərlə ləğvi imkanlarını nəzərdən keçirsək yaxşı olar. Mən bunun mümkün olduğunu düşünürəm",-deyə Finlandiya prezidenti bildirib.
Bununla belə, o, əlavə edib ki, “Avropa sanksiyaları bir barmaq zərbəsi ilə aradan qaldırmayacaq”.
Daha əvvəl Bloomberg mənbələrə istinadən xəbər vermişdi ki, Avropa ölkələri Kiyevlə birlikdə Ukraynadakı münaqişənin həlli üçün 12 bəndlik plan hazırlayır. Buraya Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi, onun Aİ-yə vaxtından əvvəl daxil olmasının mümkünlüyü və Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılması daxildir. Avropanın təklifinə görə, bütün bu məqamlar yalnız Rusiya və Ukrayna atəşkəslə razılaşdıqdan sonra həyata keçiriləcək. ABŞ prezidenti Donald Trampın sədrlik etdiyi xüsusi şura təklif olunan planın icrasına nəzarət edəcək.
Anar Əliyev
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью