Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Finlandiya Prezidenti Aleksandr Stubb The Washington Post qəzetinə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampla birlikdə saunaya getməyin Qrenlandiya məsələsinin həllinə töhfə verə biləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Stubb Davosda keçiriləcək görüşdə demək olar ki, bütün Avropa liderlərinin iştirak edəcəyini qeyd edərək, məsələyə yumorla yanaşıb.
Onun sözlərinə görə, bəzən prosesləri sürətləndirmək yox, əksinə, bir qədər yavaşlamaq daha faydalı olur: “Bəzən bir az dincəlmək, saunaya getmək, yaxşıca tər atmaq və bundan sonra düzgün həll yolu tapmaq faydalı olur”, – deyə Finlandiya prezidenti zarafat edib.
Xatırladaq ki, ABŞ Prezidenti daha əvvəl Qrenlandiya məsələsini NATO-nun baş katibi Mark Rutte ilə müzakirə etdiyini və bütün maraqlı tərəflərin İsveçrədə bir araya gəlməsi barədə razılığa gəldiklərini açıqlamışdı.
Finlandiya liderinin bu qeyri-adi yanaşması isə beynəlxalq gündəmdə müzakirələrə səbəb olub.
Natiq Səlim, KONKRET.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.