Finlandiya Prezidenti Ukraynaya xəbərdarlıq etdi

18.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynanı qarşıdan gələn ağır qış mövsümünə hazırlaşmağa çağırıb. 
Bizim.Media xəbər verir ki, o, bu barədə Helsinkidə "Bloomberg" agentliyinin təşkil etdiyi tədbirdə çıxışı zamanı bildirib.
"Biz Ukraynada ağır qışa hazırlaşmalı olacağıq", – deyə Stubb qeyd edib.
Finlandiya dövlət başçısının sözlərinə görə, qışa hazırlıq enerji sektorunun, hava hücumundan müdafiə (HHM) sistemlərinin hazır vəziyyətə gətirilməsini, eləcə də Ukraynanın maliyyələşdirilməsini əhatə etməlidir.
Eyni zamanda prezident vurğulayıb ki, sülh haqqında danışılmayacağı təqdirdə ona nail olmaq mümkün olmayacaq.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью