Finlandiya Qrenlandiyadakı zabitlərini geri qaytarmaq qərarına gəlib

23.01.2026

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Danimarkanın tələbi ilə Qrenlandiyaya göndərilən Finlandiya zabitlərinin xidmət müddəti başa çatıbDanimarkanın tələbi ilə Qrenlandiyaya göndərilən Finlandiya zabitlərinin xidmət müddəti başa çatıb.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, onlar yaxın günlərdə vətənə qayıdacaqlar.

Məlumata görə, Finlandiyadan əlavə, daha yeddi ölkə qoşun göndərib. Mənbə portala bildirib ki, Almaniya və Hollandiyadan olan nümayəndələr artıq vətənə qayıdıblar.

Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Lakin ABŞ Prezidenti Donald Tramp dəfələrlə adanın Amerika dövlətinin bir hissəsinə çevrilməli olduğunu bildirib.

Maqsud

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью